|
via Udemy |
Go to Course: https://www.udemy.com/course/python-il-data-analitikas/
Hər bir irili xırdalı təşkilatlar və ya fərdlər datanın imkanlarından istifadə edərək qərar qəbul etmək, yeni biliklər əldə etməyi arzu edir. Python bunun üçün data analitikası sahəsində istifadəçiyönümlü ekosistem təqdim etməklə datanın biliyə çevrilməsinə və bu bilikdən qərarların qəbul edilməsində böyük rolu olan əvəzsiz proqramlaşdırma dilidir.Bu kurs data analitik, data scientist, biznes analitik, tədqiqatçılar, eləcə də datanın imkanlarından istifadə etməyə həvəsi olan bütün şəxslər üçün sıfırdan dizayn edilmiş kursdur. Kursa başlamaq üçün xüsusi əhəmiyyətli bilik tələb edilmir, lakin ilkin biliklər kursun mənimsənilməsinə təsir edir.Data mütəxəssisi yönümlü vakansiyalara müraciət edərək işə qəbul olmaq istəyən namizədlər bilməlidir ki, proqramılaşdırma biliyi (xüsusilə, Python) vacib tool-lardan biridir. Kurs namizədlərdən tələb olunan bilikləri əhatə edir.Python ilə data analitikası kursu aşağıda göstərilmiş ümumi mövzuları sadə dildə izah etməyə yönəlmişdir:İlkin anlayışlar (əsasən yalnız yeni başlayanlar üçün list/tuple/dictionary/set/array bilikləri, jupyter notebook quraşdırılması və bu tool-un elementləri haqqında)numpy kitabxanası (ədədlər, birölçülü və ikiölçülü massivlərlə iş)pandas kitabxanası (cədvəllərlə işləmək üçün)matplotlib və seaborn kitabxanası (vizuallaşdırma üçün)pythonda bəzi ifadələr (bəzi manual işləri rahatlaşdıran funksiya və metodlar, dövr və şərt operatorları)ilkin dataset üzərində bütün mümkün emal prosedurlarının aparılmasımachine learning metodları Hər bölmənin sonunda biliklərin qiymətləndirilməsi üçün tapşırıqlar verilmişdir. Bu tapşırıqlar real caselər əsasında tərtib edilmişdir. Hər birinizə uğurlar!